...

Torpaq ehtiyatlarından səmərəli istifadəyə dair təkliflər hazırlanıb (FOTO)

İqtisadiyyat Materials 2 Dekabr 2016 11:03 (UTC +04:00)
Torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır.
Torpaq ehtiyatlarından səmərəli istifadəyə dair təkliflər hazırlanıb (FOTO)

Bakı. Trend:

Torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bu gün “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunmuş təqdimatda bildirib.

O qeyd edib ki, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb:

"Respublikada aparılmış torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb. Bu sahədə real vəziyyəti öyrənmək və mövcud uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə pilot layihə çərçivəsində Şəki rayonunda 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb. Bu işlər 2016-cı ilin dekabr ayında yekunlaşıb və pilot layihə başa çatıb".

R.Quliyev deyib ki, əldə edilmiş kadastr məlumatları əsasında Şəki rayonunun timsalında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair təkliflər hazırlanıb:

"Bu zaman torpaqların kəmiyyət və keyfiyyət uçotu məlumatları, aqroiqlim, landşaft göstəricilərinə istinad olunub. Torpaqların elektron uçotu işləri nəticəsində Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritələr tərtib olunub. Ərazinin meyllik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görə rayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və həmçinin rayonun ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə də tərtib edilib. Habelə torpaqların eroziyaya uğrama xəritəsi, torpaq xəritəsi, eləcə də Şəki rayonunun torpaqlarının şorlaşma və şorakətləşmə xəritələri də tərtib olunub. Torpaqların kəmiyyət, keyfiyyət uçotuna dair göstəricilər, habelə aqroiqlim və relyef göstəriciləri əsasında müvafiq alqoritm cədvəli də tərtib edilib. CİS-in tətbiqi ilə aparılmış təhlillər nəticəsində Azərbaycanda aparıcı kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və çərəz, dənli, dənli-paxlalı, texniki, tərəvəz, bostan bitkilərinin becərilmə imkanlarını özündə əks etdirən areal xəritələri də hazırlanıb. Xəritələrdə ayrı-ayrı bitkilər üçün qeyri-məqbul, məqbul, yaxşı və əla hesab edilən areallar göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti