...

Samuxda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 6 Yanvar 2017 11:58 (UTC +04:00)
Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir.
Samuxda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO/FOTO)

Bakı. Trend:

Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 36 km olan yolun 12 km-i yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır.

Layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 m-ə qədər qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Tikintinin aparıldığı ərazilərdə yol boyu maneələr kənarlaşdırılır, kommunikasiya xətləri köçürülür. Şəxsi istifadə üçün və əkin sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilir, buna paralel olaraq yeni su boruları qurulur, su keçidləri inşa edilir.

Yolun 23-cü km-də Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11.5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.

Qeyd edək ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılmış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti