...

Silk Way Helicopter Services vertolyotla səyahət təklif edir (PHOTO)

İqtisadiyyat Materials 30 Yanvar 2017 11:36 (UTC +04:00)
Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır.
Silk Way Helicopter Services vertolyotla səyahət təklif edir (PHOTO)

Bakı. Trend:

Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır. Bu da aydındır - unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanları. Bununla yanaşı, ölkəmizdə diqqətəlayiq yerləri görməyə gələn xarici qonaqların sayı ildən-ilə artır.

Silk Way Helicopter Services şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silk Way Helicopter Services (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.

SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir. Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.

SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland AW-139 kimi müasir və komfortlu vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar. Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır.

SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking), həmçinin (+99412) 437-40-49 və (+99412) 437-18-17 telefon nömrələri vasitəsilə lazımi məlumatı almaq mümkündür. Yaxın zamanda SWHS aviaşirkətinin çağrı mərkəzi 1670 qısa nömrəsində fəaliyyətə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti