...

"Finans Lizinq"in istiqrazları qeydiyyata alınıb

İqtisadiyyat Materials 14 Fevral 2017 11:33 (UTC +04:00)
“Finans Lizinq” ASC-nin hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1,227 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2025006571 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
"Finans Lizinq"in istiqrazları qeydiyyata alınıb

Bakı. Trend:

Fevralın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Finans Lizinq” ASC-nin hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1,227 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2025006571 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 1080 gün, gəlirlik dərəcəsi isə 9%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Palata tərəfindən fevralın 6-da sözügedən ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2024006572 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu istiqrazların tədavül müddəti 1080 gün, istiqrazlar üzrə gəlirlik isə 14% təşkil edir.

Fevralın 6-da “Finans Lizinq” ASC-nin həmçinin hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2023006573 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Qapalı yerləşdirmə üsulu ilə yerləşdirəcək istiqrazlar üzrə gəlirlik 14%, tədavül müddəti isə 1080 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti