...

Həyat sığortası bazarı 26% artıb

İqtisadiyyat Materials 27 Fevral 2017 10:58 (UTC +04:00)
Sığorta yığımlarının 146 milyon 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 milyon 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb.
Həyat sığortası bazarı 26% artıb

Bakı. Trend:

Sığorta yığımlarının 146 milyon 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 milyon 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Həyat sığortası üzrə yığımlarda illik 25,81% və ya 30 milyon 60 min manat, ödənişlərdə 42 milyon 745 min manat və ya 81,84% artım qeydə alınıb.

2016-cı ildə yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti