Bakı. Hüseyn Vəliyev - Trend:
“Bakcell” MMC mobil rabitə operatoru Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turist və qonaqlar üçün xüsusi tarif planı təqdim edib.
Bu barədə özəl olaraq Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, sırf xarici vətəndaşlar üçün nəzərdə tutulmuş “Prepaid” SIM-kartların alınması zamanı danışıq balansına avtomatik olaraq müəyyən məbləğ daxil ediləcək:
"Bu nömrələrin istismar müddəti 30 gündür və bu müddət başa çatdıqdan sonra nömrələrə operator tərəfindən xidmət göstərilməyəcək".