...

Uşaqlar "AccessBank"da (VİDEO)

İqtisadiyyat Materials 5 İyun 2017 12:39 (UTC +04:00)
"AccessBank" 1 iyun uşaqlar gününü maraqlı və qeyri-adi tərzdə qeyd edib.
Uşaqlar "AccessBank"da (VİDEO)

Bakı. Trend:

"AccessBank" 1 iyun uşaqlar gününü maraqlı və qeyri-adi tərzdə qeyd edib.

Bankdan Trend-ə verilən məlumata görə, həmin gün Bankın ölkə üzrə yerləşən bütün filiallarında iş günü fərqli keçdi, çünki müştəriləri uşaqlar qarşılayıb və xidmət göstərib. İş gününün sonunda balaca bankirlər sürprizlə qarşılaşdılar – onlar üçün müxtəlif əyləncələr və hədiyylələr hazırlanıb. Bu layihə sayəsində 1 iyun tarixi həm uşaqlar, həm də müştərilər üçün çox maraqlı və unudulmaz olub.

Tədbirin ən maraqlı görüntüləri ilə hazırlanan videosüjetdən tanış ola bilərsiniz.

Xatırladaq ki, bu layihə Bankın korporativ sosial məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirilib. KSM AccessBank-ın missiyasının ayrılmaz hissəsidir, Bank indiyədək təhsil, mədəniyyət və idman sahəsində 150-dən çox sosial layihə reallaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti