...

9 ay ərzində qeyri-neft ixracı 1,07 milyard dollara çatıb

İqtisadiyyat Materials 10 Oktyabr 2017 17:16 (UTC +04:00)
Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard dollara çatıb.
9 ay ərzində qeyri-neft ixracı 1,07 milyard dollara çatıb

Bakı. Trend:

Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard dollara çatıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu İİTKM- nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi islahatlara həsr olunmuş ictimai mühazirədə deyib.

O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri altında yaranmış çətinliklər geridə qalıb:

"Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard dollara çatıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə gələn il Azərbaycanda neft sektorunun geriləməsinə baxmayaraq ümumi iqtisadiyyat 2 faiz böyüyəcək. Beləliklə, Azərbaycanda qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənilir. Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayırlar. Dövlət investisiya proqramı da iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci il qeyri-neft sektorunda sürətli inkişafı təmin edəcək.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti