...

Valyuta sərvətlərinin Azərbaycana gətirilməsi ilə bağlı sənədə dəyişikliklər edildi

İqtisadiyyat Materials 12 Oktyabr 2017 10:34 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nda dəyişikliklər edib.
Valyuta sərvətlərinin Azərbaycana gətirilməsi ilə bağlı sənədə dəyişikliklər edildi

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nda dəyişikliklər edib.

Trend-in məlumatına görə, qeyd edilən sənədin indiyədək mövcud olan variantına əsasən, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanununun 8-ci maddəsinə əsasən, Dövlət Gömrük Komitəsi əməliyyatlar barədə məlumatları dərhal Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Sənədin bu hissəsi yeni redaksiyada verilib.

Yeni dəyişikliklərə əsasən, Dövlət Gömrük Komitəsi valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti