...

Yıldırım: Bakı-Tbilisi-Qars Azərbaycanla Türkiyə arasında münasibətləri möhkəmləndirəcək

İqtisadiyyat Materials 31 Oktyabr 2017 14:32 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə-Azərbaycan münasibətlərində vacib aspektdir
Yıldırım: Bakı-Tbilisi-Qars Azərbaycanla Türkiyə arasında münasibətləri möhkəmləndirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkiyə-Azərbaycan münasibətlərində vacib aspektdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətləri daha da möhkəmləndirəcək.

B.Yıldırım vurğulayıb ki, Türkiyə bu cür vacib layihənin reallaşdırılmasına görə qürur duyur.

Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti