...

Milli Məclisin büdcəsi açıqlanıb

İqtisadiyyat Materials 23 Noyabr 2017 12:13 (UTC +04:00)
2018-ci ilin dövlət büdcəsindən Milli Məclis və aparatının saxlanılması üçün 24 milyon 232 min manat vəsait nəzərdə tutulub.
Milli Məclisin büdcəsi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci ilin dövlət büdcəsindən Milli Məclis və aparatının saxlanılması üçün 24 milyon 232 min manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deyilib.

Qeyd olunub ki, ayrılan vəsaitin 68.8 faizi əmək haqqı xərcləri təşkil edəcək. İclasda Milli Məclisə xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün əlavə olaraq 1.2 milyon manat vəsaitin ayrılması xahiş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti