...

Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı

İqtisadiyyat Materials 13 Dekabr 2017 16:02 (UTC +04:00)
“E-Pul” elektron ödəmə sistemi qaz və su sayğacları üçün smart-kartların məsafədən yüklənməsi üçün kard-riderlərin satışına başlayıb.
Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı

Bakı. Hüseyn Vəliyev - Trend:

“E-Pul” elektron ödəmə sistemi qaz və su sayğacları üçün smart-kartların məsafədən yüklənməsi üçün kard-riderlərin satışına başlayıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

İstifadəçilər üçün iki növ ACR kart-rideri təklif olunur. Onların qiyməti modelindən asılı olaraq 30-35 manat təşkil edir.

Qaz və su smart-kartlarının yüklənməsi “e-pul.az” portalında “Kommunal xidmətlər” bölməsində mümkündür. Kartın balansının yüklənməsi üçün “E-Pul SmartCard” proqramını yükləmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti