...

"Nissan" 130 minə yaxın avtomobili geri çağırıb

İqtisadiyyat Materials 27 Dekabr 2017 23:08 (UTC +04:00)
"Nissan" şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb
"Nissan" 130 minə yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

"Nissan" şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2008-ci ilin avqustundan 2014-cü ilin avqustunadək satılmış "Note (E11)" və "Tiida (C11)" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti