...

Ehtiyacı olan ölkələr 14,5 milyard dollar aldı - Kim verdi?

İqtisadiyyat Materials 12 Mart 2018 16:17 (UTC +04:00)
Türkiyə ehtiyacı olan ölkələrə 14,5 milyard dollar məbləğində maliyyə yardımı göstərib.
Ehtiyacı olan ölkələr 14,5 milyard dollar aldı - Kim verdi?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Son iki il ərzində (2016-2017) Türkiyə ehtiyacı olan ölkələrə 14,5 milyard dollar məbləğində maliyyə yardımı göstərib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, 2016-cı ilin yekunu üzrə Türkiyə 6,5 milyard dollar, 2017-ci ildə isə 8 milyard dollar maliyyə yardımı edib.

B.Yıldırım deyib ki, cari ildə rəsmi Ankara ehtiyacı olan ölkələrə maliyyə yardımını davam etdirəcək.

Xatırladaq ki, Türkiyə ildən-ilə maliyyə yardımlarını artırır. Belə ki, 2015-ci ildə bu göstərici 3,9 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti