Əli Daşdəmirov: Bank Respublika biznes strategiyası ilə bərabər yaxın illər üçün inkişafetmənin ümumi baxışını yeniləyib

Əli Daşdəmirov: Bank Respublika biznes strategiyası ilə bərabər yaxın illər üçün inkişafetmənin ümumi baxışını yeniləyib

Bakı. Trend:

Banklar arasında olan rəqabət gündən-günə artır, yeni bank məhsulları yaradılır, xidmət və digər şərtlər təkmilləşir. Belə bir şəraitdə marketoloqların rolu əvəzsizdir.

Bu gün biz Trend olaraq Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirovla görüşdük. O bizə marketoloq peşəsi ilə yanaşı, bank marketinqinin xüsusiyyətləri haqqında danışdı və bu işə yeni başlayan mütəxəssislərə bir neçə məsləhətləri ilə bölüşdü.

- Əli bəy, uzun müddətdir ki, Bank Respublikada Marketinq departamentinə başçılıq edirsiniz. Bu banka gəlişiniz necə oldu?

- İlk növbədə bugünkü görüş və buna ayırdığınız vaxt üçün sizə təşəkkür edirəm.

6 ildən çoxdur ki, Bank Respublika komandasında çalışıram. Mənim bu bankla əməkdaşlığım hələ 2012-ci ildən bir marketinq layihəsi çərçivəsində başlamışdır. O zaman mən “Marketinqin auditi və brendin bazarda repozisiyası” layihəsinə konsaltinq şirkətində çalışarkən rəhbərlik edirdim. Layihənin bir neçə mərhələsindən sonra bankın rəhbərliyi ilə sıx münasibətlər yarandı, mənə əməkdaşlıq təklifi verildi və mən bu təklifi məmnuniyyətlə qəbul etdim. İllər keçdikcə isə bizim komandamız və brendimizlə sözün əsl mənasında doğmalaşdıq.

- Müşahidələrimizə görə son aylar Bank Respublika bazarda aktivləşib. Marketinq kampaniyalarının, aksiyaların sayı artıb. Bu nəylə bağlıdır?

- Sirr deyil ki, son iki ili bank sektoru çox gərgin şəraitdə keçirdi. Bazarda bir çox qaydalar dəyişdi, bu da öz növbəsində yeni strategiya və işə yeni yanaşma tələb edirdi.

Krizis sözü “dönüş nöqtəsi” mənasını verir, bu isə biznes üçün yeni imkanların yaranması deməkdir. Bu yeni imkanlardan istifadə etməklə bank öz biznes strategiyası ilə yanaşı, inkişafı üzrə ümumi baxışını da yenilədi. Demək olar ki, sizin qeyd etdiyiniz bankın aktivliyi birbaşa strategiyada aparılan dəyişikliklərlə bağlıdır.

Aparılan yeniliklər çərçivəsində hələ ötən ilin sonlarında bank cari il üçün öz marketinq planını təsdiqlədi. Həmin planda fəaliyyətimizin bütün istiqamətləri üzrə yüksək aktivlik nəzərdə tutulub.

Məqsədimiz maliyyə bazarında liderlərdən biri olmaqdır. Bu istiqamətdə dəqiqliklə işlənib hazırlanmış hərəkət planlarımız, həm yerli, həm də alman səhmdarlarımız tərəfindən təsdiq olunub. Hədəflərimizə nail olmaq üçün marketinq komandamızın kreativ potensialından və reklamçılıq sahəsində ən müasir yanaşmalardan tam istifadə edəcəyik.

- Reklamda kreativ yanaşmadan söz düşmüşkən, reklam kampaniyasının yaradılması prosesi sizdə necə aparılır?

- Deyərdim ki, departamentimizdə ən gərgin keçən proseslərdən biridir, çünki yaradıcılıq tələb edir. Kampaniyaların yaradılması üzrə bizim müəyyən bir modelimiz var.

Mahiyyəti üzrə kampaniyanın özü bütün prosesin son mərhələsidir. Bazardakı mövcud şəraitdən asılı olaraq, öncə reklam edilən məhsulun şərtləri bankın müvafiq departamentləri ilə birgə müzakirə olunur. İstənilən kampaniyanın yaradılması reklam konsepti və onun əsas mesajından başlanır. Bu mərhələdə hədsiz sayda, hətta mövzuya aid olmayan, amma maraqlı ağlasılmaz, yumor dolu ideyalar səslənir. Nəticədə daha çox uyğun saydığımız variantı birgə seçirik.

Kredit kartları ilə bağlı bir müddət öncə hazırladığımız reklam konseptini misal gətirim. Orada bank kartı kokosu kəsən maçete şəklində təsvir edilib və həmin imicə “Səyahətdə darda qoymaz” sloqanı əlavə edilmişdi. Açığı deyim ki, proyekti qeyri-standart və bir qədər gülməli saydığımız üçün ondan istifadə etməyə ehtiyat edirdik. Lakin bu məsələ rəhbərliklə də müzakirə olunduqdan sonra müsbət qərar verildi. Həmin reklam gözlədiyimizdən də artıq rəğbətlə qarşılandı və məhz bu layihəmizi beynəlxalq tədbirlərin birində bank sektorunda olan ən kreativ reklam kimi təqdim etdilər. O zaman bir daha əmin oldum ki, hətta ilk baxışdan ən ağlasılmaz görünən ideyalar sənin ən yaxşı işin ola bilər.

- Sosial şəbəkələrdə də aktivləşmisiniz. İnternet-marketinqi üzrə də strategiyanız varmı?

- Sosial şəbəkələrin müasir marketinqdə olan rolu haqqında çox danışılıb, amma mən yenə də bunu bir də qeyd etmək istərdim. Biznesin aparılması zamanı sosial şəbəkələrin əsas üstünlüyü hədəf qrupunun keyfiyyət və kəmiyyət baxımından dəqiq “nişana alınmasıdır”. Məsələn, küçə və ya radio reklamında yerli bazarda bu işləri görmək çətindir.

Hal-hazırda, brendin sosial şəbəkələrdə tanıtımı bizim üçün bir nömrəli prioritetdir. Bu səbəbdən həmin istiqamətdəki aktivliyimiz SMM strategiyamıza uyğun il ərzində artacaq. İzləyicilərimiz üçün bir sıra kampaniya və təkliflərimiz nəzərdə tutulub. Bu sıradan aktual mövzuların dərc edilməsi, infobloklar, intervyular və əlbəttə ki, dəyərli hədiyyələr vəd edən müsabiqələr. Səhifələrimizin kontentini daha rəngarəng etməyə çalışırıq, aktual mövzuları önə çəkib real-time marketinqindən də istifadə edirik.

- İqtisadiyyatda baş verən dəyişikliklər marketinqin işinə necə təsir göstərdi?

- Maliyyə təşkilatlarında klassik marketinq miks fəndi təşkilatların müxtəlif bölmə və strukturlarına həvalə edilib. Marketinq departamenti isə öz növbəsində, əsasən marketinq miksin son iki tərkib hissəsi üzərində işini qururdu – Məkan və Promoşn. Son illərdə isə bu vəziyyət dəyişilib. Marketinq komandası məhsulların yaradılması və onun qiymətləndirməsi prosesində, əməkdaşlarla aparılan iş və digər vacib məsələlərdə öz töhfəsini verir.

Rəqabət artdıqca “Bəs müştəri bizdən nə istəyir? Onun fərdi tələbatlarını necə ödəyə bilərik?” sualları aktuallaşır. Bu gün bankımızdakı bütün biznes prosesləri məhz müştərilərin tələbatları üzərində qurulur. Marketinqin vəzifəsi isə ilk növbədə ondan ibarətdir ki, məhsulun yaradılması və müştərinin bank təcrübəsinin artırılması proseslərində həmin suallara cavab versin. Biznesin qeyd olunan tələbatlarını nəzərə alaraq, müasir bankçılığın marketinqi həm də geniş analitika, müştərilərin həyat dövrlərinin qurulması, məlumat bazaları ilə iş və məhsulların yaradılması kimi bacarıqları tələb edir.

Yeni tələbatlara uyğun marketinq işlərinin görülməsi üçün yeni çağırışlara cavab verə biləcək vahid komandanın olması mütləqdir. Qürur duyuram ki, bu ilin əvvəlindən etibarən bazarda ən güclü marketinq komandasından birini yarada bildik. Bu komanda ilə birgə hal-hazırda bir sıra layihələr üzərində gərgin iş aparılır. Buraya daxildir: analitik layihələr, reklam təkliflərinin yaradılması, KİV-lə əməkdaşlıq, həmçinin müştərilərlə mövcud olan əsas kommunikasiya kanallarının redizaynı.

Daxili resurslarımızın gücü sayəsində demək olar ki, bütün zəruri işlər inxaus görülür. Bu da heç şübhəsiz ki, görülən işin həm nəticəsinə, həm də operativliyinə müsbət təsirini göstərir.

- Bu ilki planlarınız haqqında nə deyə bilərsiniz?

- Bankın başlıca və daimi şüarı – müştərilərə faydalı olmaq, onların həyat tərzini daha da rahat etməkdir. Hal-hazırda rəqəmsal bankçılığın inkişafını əsas prioritet hesab edirik. Bu isə bankın ofislərini ziyarət etmək zərurətini getdikcə aradan qaldıracaq.

Riteyl müştəriləri üçün bir sıra maraqlı təkliflərimiz nəzərdə tutulub, o cümlədən loyallıq proqramlarının yenidən işlənməsi və yenilərinin yaradılması. Ötən ildən etibarən fərdi sahibkarlarla aktiv iş aparırıq. Burada əsas məqsəd kiçik və orta biznesə dəstəyin verilməsi, biznesin aparılması üçün səmərəli şərtlərin təklif edilməsidir.

Bankımız həmçinin KSM proqramını da təsdiq edib. Həmin proqram çərçivəsində artıq sosial layihələrimiz həyata keçirilir. Bununla yanaşı, maarifləndirici tədbirlər də nəzərdə tutulub ki, onlar haqqında yaxın zamanda elan ediləcək. Müştərilərə həyatın müxtəlif anlarında faydalı ola bilməyimizə yüksək dəyər veririk.

- Bu işə yeni başlayan mütəxəssislərə nə məsləhət verərdiniz?

- Marketinq karyerasına yeni başlayan dostlarımıza tövsiyə edərdim ki, psixologya və sosiologiya elmləri üzrə biliklərini artırsınlar, çünki marketinqin bütün mərhələləri istehlakçıların şüurunda başlayır və elə orada tamamlanır. Qalan işlər isə potensial müştəridə fikrin formalaşması məqsədilə hədəflərə nail olmaq üçün vasitələrdir.

Düşünürəm ki, hər birimimiz üçün ən vacib olanı öz işimizdən zövq almaqdır, yalnız bu amil bizi məqsədimizə doğru apara bilər. Bir vaxtlar motivasiyanın tapılmasında bu mövzuda silsilə kitabların müəllifi Napoleon Hill yardımçım olub. Əminəm ki, sizin oxucular da onun kitablarında özləri üçün faydalı məqamlar tapa biləcəklər.

Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Loading Bars
Xəbər lenti
Bakıda sənayedə istehsal olunmuş malların dəyəri açıqlanıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Yol polisi yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi
Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)
Azərbaycanda qızıl cüzi bahalaşıb
İki universitet arasında memorandum imzalanıb (FOTO)
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb
Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır
Küçədə daha 2 koronavirus xəstəsi aşkarlandı
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA (FOTO)
Gəncədə keçmiş məhkumdan 70 min manatlıq narkotik götürülüb (FOTO/VİDEO)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub (FOTO)
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü
Şəkidə narkotik alverçisi saxlanılıb
Azərbaycan nefti ucuzlaşır
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb (FOTO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Yanvar-mart aylarında 295 cinayət işinin istintaqı yekunlaşıb (VİDEO)
Şuşa artıq əbədi olaraq bizimdir - Deputat
AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi - Baş nazir
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər
İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb
Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb
İspaniyada helikopter dənizə düşüb
Dünyada ötən sutka koronavirusa 839 mindən çox yoluxma qeydə alınıb - ÜST
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib
Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız
Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - Bəyanat
Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq
Gürcüstanda koronavirusa daha 1 547 nəfər yoluxub
Prezidentin göstərdiyi nümunəni davam etdirməliyik, beynəlxalq media vasitəsilə həqiqətləri dünyaya çatdırmalıyıq
Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Bütün xəbərlər