...

Bu çiyələklərdə antibiotiklər aşkar edilib

İqtisadiyyat Materials 17 May 2018 17:09 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.

Trend-in məlumatına görə, Rusiyanın Primorsk diyarında və Saxalinə Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.

Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün, Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.

Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti