...

Heyvanların baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib

İqtisadiyyat Materials 25 İyun 2018 19:22 (UTC +04:00)
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib.
Heyvanların baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib

Bakı. Trend:

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Trend-in məlumatına görə, dövlət rüsumunun dərəcələri Prezidentin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilib.

nömrəsi

Heyvanlar, heyvan mənşəli məhsullar və xammal

Ölçü vahidi

Dövlət rüsumunun məbləği

(manatla)

1

2

3

4

1.

Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək)

1 müayinə

5,00

2.

Qoyun və donuz əti (1 cəmdək), donuz piyi — (1 partiya)

1 müayinə

4,00

3.

Diri quş və quş əti (1 baş və ya 1 cəmdək)

1 müayinə

0,05

4.

Hazır ət məhsulları (hər biri 1 partiya)

1 müayinə

5,00

5.

İçalat, dil, baş, dırnaq — 1 partiya

1 müayinə

3,00

6.

Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya

1 müayinə

3,50

7.

Yumurta (topdansatış — 1 partiya (1000 ədəddən artıq)

1 müayinə

2,50

8.

Yumurta (pərakəndə satış — 1 partiya (1000 ədədə qədər)

1 müayinə

1,30

9.

Süd və süd məhsulları, mum, vərəmum — hər biri 1 partiya

1 müayinə

2,60

10.

Arı balı — 1 partiya

1 müayinə

4,50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti