...

Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

İqtisadiyyat Materials 29 İyun 2018 10:30 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.
Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, tədbirdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, “AmCham Azərbaycan”ın rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti