...

Bank VTB-nin rəhbərliyi Azərbaycan-İtaliya biznes-forumunda iştirak edib

İqtisadiyyat Materials 25 İyul 2018 15:43 (UTC +04:00)
Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin rəhbərliyi ilə bir sıra işgüzar görüşlər keçirib.
Bank VTB-nin rəhbərliyi Azərbaycan-İtaliya biznes-forumunda iştirak edib

Bakı. Trend:

Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin rəhbərliyi ilə bir sıra işgüzar görüşlər keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbir zamanı Grand Motors, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, kənd təsərrüfatı avadanlıqlarının istehsalçısı olan MASCHIO GASPARDO (Rusiya), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə görüşlər təşkil olunub. Tərəflər arasında aqrar, sənaye, neft-qaz, tikinti və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Biznes-forumda 350 qədər sahibkar iştirak edib.

“Biz sahibkarlara bazarın tələbatına uyğun sərfəli məhsullar təklif edirik. Bank şirkətlərin fəaliyyət spesifikasını nəzərə alaraq hüquqi şəxslərin kreditləşməsini, o cümlədən sərmayə layihələrinin reallaşması üçün vəsait ayırır. Bundan başqa, beynəlxalq qrupun üzvü kimi VTB (Azərbaycan) ixracatçı-müştərilərə Rusiya və VTB-nin mövcud olduğu digər ölkələrdə ticarət şəbəkələri və yeni tərəfdaşlara vasitəçi olmadan çıxış imkanı verir” - deyə, Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti