...

Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır

İqtisadiyyat Materials 16 Avqust 2018 14:28 (UTC +04:00)
Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır.
Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır

Bakı. Trend:

Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Özbəkistan baş nazirinin müavini Suhrob Xolmuradov Özbəkistan-Hindistan hökumətlərarası komissiyasının 11-ci iclası zamanı deyib.

O bildirib ki, bu nəqliyyat layihəsi regionun nəqliyyat-tranzit potensialını artıra bilər.

S.Xolmuradov həmçinin vurğulayıb ki, Hindistan Özbəkistan,Türkmənistan, İran və Omanın iştirak etdiyi Aşqabad sazişinə də qoşulub. O əlavə edib ki, bu layihə Hindistanla Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və Qazaxıstanı əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti