...

Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiyməti dəyişib

İqtisadiyyat Materials 19 Avqust 2018 22:08 (UTC +04:00)
Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiyməti dəyişib.
Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiyməti dəyişib

Bakı. Trend:

Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti artıb.

Trend-in məlumatına görə, “Premium Euro-95” markalı benzinin satış qiyməti 1.50 manat, “Super Euro-98”in isə 1.60 manat olub.

Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.

Müqayisə üçün, Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları (1.75 manat), 98 oktanlı benzinin satış qiyməti isə 1.07 dollar (1.82 manat), Türkiyədə, müvafiq olaraq, 1.14 dollar (1.94 manat) və 1.18 dollar (2 manat) təşkil edir. Ukraynada isə bu növ avtomobil benzinlərinin satış qiyməti, müvafiq olaraq, 1.18 dollar (2 manat) və 1.22 dollar (2.07 manat) civarında satılır. Həmin ölkələrdə də bu növ neft məhsulları istehsal edilmir və tələbat idxal hesabına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti