...

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub

İqtisadiyyat Materials 27 Avqust 2018 14:56 (UTC +04:00)
195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub
İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 4800-ə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 79 minə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti