...

Azərbaycan məhsulları “6-cı Çin-Avrasiya” sərgisində təqdim olunur (FOTO)

İqtisadiyyat Materials 30 Avqust 2018 20:38 (UTC +04:00)
Çinin Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.
Azərbaycan məhsulları “6-cı Çin-Avrasiya” sərgisində təqdim olunur (FOTO)

Bakı. Trend:

Çinin Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.

Sərgi sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçininn iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir. İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti