...

Ötən ay 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub

İqtisadiyyat Materials 10 Sentyabr 2018 20:49 (UTC +04:00)
195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.
Ötən ay 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub

Bakı. Trend:

Avqust ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 80 minə yaxın müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti