...

Bakıdan Şarm əş-Şeyxə birbaşa çarter reyslər açılacaq

İqtisadiyyat Materials 21 Sentyabr 2018 12:50 (UTC +04:00)
Bakıdan Misirə, Şarm əş-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.
Bakıdan Şarm əş-Şeyxə birbaşa çarter reyslər açılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əş-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əş-Şeyx hava limanı ("Sharm el-Sheikh International Airport") turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti