...

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 12 Oktyabr 2018 13:08 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) BP-nin dəstəyi ilə öz üzvləri üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) BP-nin dəstəyi ilə öz üzvləri üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Trend-in məlumatına görə, nazir öz çıxışında enerji sektorunda son və gözlənilən dəyişikliklər və islahatlar, alternativ enerji və investisiya imkanları barədə danışıb.

P.Şahbazov qeyd edib ki, xarici və yerli investisiyaların böyük hissəsini təşkil edən “AmCham”ın üzvləri Azərbaycanın iqtisadi uğurlarına və inkişafına dəstək verən şirkətlərdir. Nazir bildirib ki, enerji sektoru ABŞ-dan, o cümlədən böyük transmilli şirkətlərdən investisiyaların cəlb edilməsi üçün ilk sahələrdən, həmçinin, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ölkədəki investisiyalar yaxşı qorunur və bu da investisiyaların Azərbaycana yönəlməsi üçün daha bir təşviqedici amildir. P.Şahbazov daha sonra bərpa olunan enerji potensialı ilə bağlı məlumat verərək “Azəri-Çıraq-Günəşli” (AÇG) müqaviləsinin rolu və Azərbaycan iqtisadiyyatının inkişafı üçün Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, tədbirdə Palatanın növbədənkənar ümumi yığıncağı keçirilib. Palatanın üzvləri müsbət mövqe nümayiş etdirərək “AmCham”ın Direktorlar Şurasının üzvlüyünə namizədliyin uyğunluq meyarlarının qəbul edilməsini dəstəkləyiblər.

Bununla yanaşı, işgüzar nahar “AmCham”ın üzvləri olan “PAŞA Sığorta”, “FireWorks” və “Deloitte Azərbaycan” tərəfindən keçirilmiş şirkət təqdimatları ilə yadda qalıb. Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “AmCham Azərbaycan”ın üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti