...

Dekabrın 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

İqtisadiyyat Materials 30 Noyabr 2018 12:32 (UTC +04:00)
9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcəkdir.
Dekabrın 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

Bakı. Trend:

9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək.

Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti