...

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində master klass keçdi (FOTO)

İqtisadiyyat Materials 14 Dekabr 2018 10:37 (UTC +04:00)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master klass keçib.
BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində master klass keçdi (FOTO)

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master-klass keçib.

O, gələcəyin mühəndislərinə neft-qaz, enerji geosiyasətindən danışıb, bu istiqamətdə Azərbaycanın yaxın ölkələrlə olan münasibətlərinin analizini verib.

Master-klass zamanı Bəxtiyar Aslanbəyli həmçinin tələbələrə Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyalardan, enerji bazarlarının diversifikasiyasından bəhs edib, neft və qaz bizneslərinin fərqini açıqlayıb.

Master-klassın sonunda vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandırıb, həmçinin müxtəlif fikir mübadiləsi aparıb.

Qeyd edək ki, BANM-da həyata keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinə qoşulmaq üçün ölkənin bir çox universitetində mühəndislik üzrə təhsil alan tələbələrin müraciəti əsasında seçim edilib. Seçim prosesindən uğurla keçən tələbələrə Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi təlimlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti