...

“Gilan & Knauf” 10 illik yubileyini qeyd edir - FOTO

İqtisadiyyat Materials 26 Dekabr 2018 11:00 (UTC +04:00)

Bakı. Trend:

2008-ci ildə inşaat materiallarının istehsalı üzrə dünya liderlərindən biri olan Almaniyanın “Knauf” şirkəti ilə birgə fəaliyyətə başlamış, “Gilan Holding”ə məxsus “Gilan & Knauf” gips lövhələrin istehsalı zavodu yaranmasının 10 illiyini qeyd edir.

10 il bundan öncə yaradılan, müasir beynəlxalq standartlara cavab verən bu müəssisənin miqyasına və istehsalat qabiliyyətinə görə Qafqazda analoqu yoxdur. Binaların interyerlərinin astarlanması zamanı istifadə olunan müxtəlif növ gips karton, arakəsmə və asma tavan qurğusu istehsal edən “Gilan & Knauf” məhsulları ekoloji cəhətdən təmiz, tərkibində toksik maddələr olmayan, həmçinin yanğınadavamlı xüsusiyyətlərə malikdir.

Qeyd edək ki, 2009-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboya səfəri çərçivəsində “Gilan & Knauf” MMC-nin fəaliyyəti ilə bilavasitə zavodda tanış olub. “Gilan & Knauf” müəssisəsinin açılışı Goranboyda yüzlərlə yeni iş yerlərinin açılışını təmin edib.

Müəssisənin məhsulları gips karton istehsalı sahəsində dünya üzrə lider olan və müxtəlif ölkələrdə 200-dən çox zavodu fəaliyyət göstərən Almaniyanın “Knauf” şirkətinin texnologiyaları əsasında istehsal olunur. Zavod “Grenzebach” Alman şirkətinin qabaqcıl avadanlıqları ilə təchiz edilib. Xammalın bir hissəsinin xaricdən idxal edilməsinə baxmayaraq, əsas xammal olan gips daşı respublikamızda fəaliyyət göstərən “Gilan Ağcakənd gips” şirkətindən alınır.“Gilan Holding”in gips əsaslı tikinti materialların istehsalında lider olan “Knauf”şirkəti ilə əməkdaşlığı Azərbaycan iqtisadiyatına yeni yanaşma gətirib.

Azərbaycanın sürətli inkişafını nəzərə alaraq, yeni sosial və mədəni obyektlərin, dövlət və özəl layihələrin tikintisində istifadə olunan “Gilan & Knauf” məhsullarına tələbat həm ölkə daxilində, həm də regionun digər ölkələrində ildən-ilə artır. “Gilan & Knauf” məhsullarının yerli bazarda satış həcmi ildə 10 milyon kvadratmetr təşkil edir. Qonşu Gürcüstana son iki il ərzində 4 milyon kvadratmetr gips karton ixrac olunub. Bu isə “Gilan & Knauf” məhsullarının keyfiyyətinin yüksək göstəricisidir.

Fəaliyyət göstərdiyi 10 il müddətində “Gilan & Knauf” inşaat sahəsində beynəlxalq texniki inkişaf və qlobal tendensiyaları izləyərək, istehsalatda ən qabaqcıl texniki nailiyyətlər qazanıb. İstehsal edilən məhsulların keyfiyyətinin daim artırılması, istehlakçıların sonsuz etibarının qazanmasını təmin edib. Müəssisənin məhsulları keyfiyyət göstəricilərinə görə Avropa məhsullarını üstələyərək, yerli və beynəlxalq norma və standartlara uyğun, “Knauf” şirkətinin xüsusi texnologiyası ilə hazırlanır.

İstehsalına 2013-cü ildə başlanmış gips əsasında unikal quru inşaat qarışıqlarının, həmçinin “Knauf” standartlarına uyğun gips plitələrinin quraşdırılması üçün istifadə olunan metal profillərini də qeyd etmək lazımdır. “Gilan & Knauf” həmçinin akustik panellər, sement əsaslı Aquapanel® plitələr, inşaat lentləri, daş yunu, cam yunu və “Knauf” şirkətinin digər unikal inşaat məhsullarının Azərbaycana idxalı ilə məşğuldur.

“Gilan & Knauf” müəssisəsinin inşaat bazarında 10 illik uğuru yalnız müasir avadanlıq sayəsində deyil, həmçinin böyük hissəsi Azərbaycan vətəndaşlarından ibarət olan peşəkar işçi heyətinin əzmkarlığı nəticəsində qazanılıb. Müəssisə tərəfindən əməkdaşların professional bacarıqlarının müntəzəm olaraq artırılmasına böyük diqqət ayrılır. İşçi heyətinin təlimləndirilməsi üçün“Knauf” şirkətinin Rusiya və Ukraynada yerləşən müəssisələrində təcrübə mübadilələri keçirilir, texniki ekspertlər üçün isə Almaniya və Türkiyədə peşəkar təlimlər təşkil olunub.

Xüsusi qeyd etmək istərdik ki, müəssisədə istehsalatın tamamilə avtomatlaşdırılması nəticəsində əmək şəraiti daha da yaxşılaşdırılaraq, iş prosesinin asanlaşması, o cümlədən işçi heyətinin təhlükəsizliyinin qorunması təmin edilib.

“Gilan & Knauf”Azərbaycanın Goranboy rayonunun ən böyük vergi ödəyicisidir. Şirkət 10 illik fəaliyyəti dövründə dövlət büdcəsində 40.8 milyon manat vəsait ödəyib. Bundan əlavə,“Gilan & Knauf” Gəncə-Qazax iqtisadi regionunda keçirilən sosial layihələrdə də aktiv iştirak edir.

İdeal istehsalat göstəricilərinə, istehsalatda üç addımlı keyfiyyətə nəzarət sisteminin qurulmasına, əməkdaşların qayğısına qalması və layiqli əməkhaqqı ilə təmin edilməsinə görə “Gilan & Knauf” şirkətini Azərbaycanda nümunəvi müəssisə adlandırmaq olar.

“Gilan & Knauf”, 10 illik yubileyin mübarək!

Qeyd edək ki, 1987-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Gilan Holding" ölkənin ən böyük şirkətlər qrupundan biri olaraq, qeyri-neft sektoruna sərmayələr yatırmaqla ölkə iqtisadiyyatının inkişafına öz mühüm töhfəsini verməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti