...

Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etməyi düşünür

İqtisadiyyat Materials 29 Dekabr 2018 12:37 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etmək məsələsini nəzərdən keçirir.
Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etməyi düşünür

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etmək məsələsini nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

QSC sədrinin sözlərinə görə, Sumqayıt Texnologiyalar Parkında Türkiyə ilə birgə yeni vaqonların istehsalı nəzərdə tutulur:

"Bizdə qatar yolunun eni 1520 m-dir. Bu yol Rusiya qatarları üçün nəzərdə tutulandır. Avropa standartları isə 1435 m-dir. Bizim qatarların qabaritləri böyük olduğundan tunellərdə ilişir, keçə bilmirlər. Ona görə türkiyəlı mütəxəssislərlə danışıqlar aparırıq ki, qatarlar hibrid vaqonlardan ibarət olsun və biz bunu həm Türkiyədə, həm Avropada, eləcə də Azərbaycanda istifadə edə bilək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti