...

Sumqayıt Texnologiyalar Parkı biznesini SAP ERP vasitəsilə idarə edəcək

İqtisadiyyat Materials 4 Yanvar 2019 11:08 (UTC +04:00)
Zavodlar kompleksi olan Sumqayıt Texnologiyalar Parkı (STP) SAP ERP (Enterprise Resource Planning/Müəssisə Resurslarının Planlaması) sisteminə keçir.
Sumqayıt Texnologiyalar Parkı biznesini  SAP ERP vasitəsilə idarə edəcək

Bakı. Trend:

Zavodlar kompleksi olan Sumqayıt Texnologiyalar Parkı (STP) SAP ERP (Enterprise Resource Planning/Müəssisə Resurslarının Planlaması) sisteminə keçir.

STP-nin Layihələrin İdarə edilməsi, İnformasiya Texnologiyaları və Maliyyət departamenti Enterprise Solutions Consulting Group LLC - www.es-cg.info şirkəti ilə bu istiqamətdə çalışmalara başlayıblar. Günü-gündən böyüyən, satışları artan STP-nin daha effektiv proqram təminatına ehtiyacı yaranıb. Yeni sistemin tətbiqin köməyi ilə şirkət baş ofis də daxil olmaqla, 12 zavodun fəaliyyətini vahid mərkəzdən, avtomatlaşmış şəkildə idarəetmə və nəzarət imkanı əldə edəcək. Bundan başqa SAP ERP proqramı qərar qəbuletmə prosesini, daxili və xarici auditlərin aparılmasını sadələşdirəcək. Bütün bunlar şirkətin biznes proseslərinin səmərəlilik faizinin yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, ERP sistemi müəssisələrin biznes proseslərinin vahid mərkəzdən avtomatlaşmış şəkildə idarəetməyə imkan verən proqram təminatıdır. ERP proqramları şirkətlərin maddi, maliyyə və insan resursları üzrə hesabatlılığı təmin etmək, sənəd dövriyyəsini sürətləndirmək üçün əvəzolunmazdır. Bu cür proqramlar şirkətdə şəffaflığı artırmaq baxımından da çox önəmlidir.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də Prezident İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə məhsullarla təmin edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti