...

Ötən il çağrı mərkəzində 10 mindən çox müraciət cavablandırılıb

İqtisadiyyat Materials 15 Yanvar 2019 08:15 (UTC +04:00)
Ötən il İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub
Ötən il çağrı mərkəzində 10 mindən çox müraciət cavablandırılıb

Bakı. Trend:

Ötən il İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 83 mindən çox müraciət daxil olub.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir.

Çağrı Mərkəzi ilə bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti