...

Belarus elektrobusları Gəncədə sınaqdan keçiriləcək

İqtisadiyyat Materials 29 Yanvar 2019 11:40 (UTC +04:00)
Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana dörd elektrobus tədarük edəcək
Belarus elektrobusları Gəncədə sınaqdan keçiriləcək

Bakı. Taleh Mursaqulov - Trend:

Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana dörd elektrobus tədarük edəcək.

Trend bu barədə Belarus KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, elektrobuslar Gəncədə bunun üçün xüsusi təşkil olunmuş marşrutda sınaqdan keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl imzalanmış saziş əsasında Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

Gəncə Avtomobil zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti