Bakı. Trend:
Bu gün Almaniyanın Berlin şəhərində “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisi öz işinə başlayıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir.
“Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisi fevralın 8-də başa çatacaq.