...

“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videosu hazırlayıb

İqtisadiyyat Materials 12 Fevral 2019 17:19 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti “The LEGO Movie” media-franşiza ilə əməkdaşlıq çərçivəsində yeni animasiya çarxını - təyyarənin göyərtəsində təhlükəsizlik üzrə təlimat vidosunu təqdim edir.
“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videosu hazırlayıb

Bakı. Trend:

"Türk Hava Yolları" aviaşirkəti “The LEGO Movie” media-franşiza ilə əməkdaşlıq çərçivəsində yeni animasiya çarxını - təyyarənin göyərtəsində təhlükəsizlik üzrə təlimat vidosunu təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni videoda “LEGO”nun son animasiyasının qəhrəmanları yer alıb.

“Türk Hava Yolları” aviaşirkəti “The LEGO Movie” ilə birgə tarixdə ilk dəfə olaraq sərnişinlərin təhlükəsizliyinə dair birinci videonu hələ 2018-ci ilin avqust ayında təqdim etmişdir. Cəmi bir ay ərzində video 20 milyon dəfədən çox izlənilib və “2018 Clio Entertainment” müsabiqəsinin qızıl mükafatına layiq görülüb.

“LEGO” qəhrəmanlarının yer aldığı təhlükəsizlik üzrə ikinci video bu ilin martın 1-dən etibarən aviaşirlətin bütün reyslərində nümayiş olunacaq. Animasiyadan başqa, yeni təlimat videosu “Türk Hava Yolları”nın 306 ən maraqlı və məşhur istiqamətlərinin bəzilərini canlandıraraq göstərir. Video Bali, Moskva, San-Fransisko, Roma, Keyptaun, Honkonq və Tokiyo kimi yerlərə səyahəti əhatə edir və İstanbul Yeni Hava Limanında başa çatır.

“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib:

“Dünyada ən gənc parklardan birinə sahib olan “Türk Hava Yolları” özünün çoxillik təcrübəsinə əsaslanır. Bizim üçün təkrarolunmaz təcrübə olan İstanbul Yeni Hava Limanına köçmək ərəfəsində sərnişinlərimizə təhlükəsizlik üzrə yeni video-çarxı təqdim etməkdən məmnunuq”.

“The LEGO Movie 2” təhlükəsizlik üzrə təlimat videosunun hazırlıq prosesi Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrdə 4 ay müddətində 979 saat davam edib. Yaradıcılıq prosesinə 400-dən çox insan cəlb edilib, çəkiliş qrupunda 80-dən artıq, animatorlar komandasında isə 70-ə yaxın insan çalışıb.

Qeyd edək ki, “Türk Hava Yolları”nın aviaparkında yerləşən 28 müxtəlif növ təyyarənin təhlükəsizlik detallarını əhatə etmək məqsədilə təhlükəsizlik üzrə yeni vedio-çarxın ingilis və türk dillərində 11 versiyası hazırlanıb.

“Türk Hava Yolları”nın təhlükəsizlik üzrə yeni videosuna bu link vasitəsilə baxmaq mümkündür:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti