Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti ölkə iqtisadiyyatına ziyan vurur.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərdə şirkətlər yaradıb və bu şirkətləri "offşor" zonalarda qeydiyyatdan keçirib, bu strukturlar Azərbaycanın işğal olunmuş ərazilərində təbii ehtiyatları hasil edir və onları xammal şəklində beynəlxalq bazarlara tədarük edir.
Nazir müavini əlavə edib ki, bu cür fəaliyyət qeyri-qanunidir və heç bir dövlət bunu dəstəkləməməlidir.