Bakı. Sara İsrafilbəyova - Trend:
BP və konsorsiuma daxil olan şirkətlər tərəfindən Azərbaycanda icra olunan layihələrə 72 mlrd dollar investisiya qoyulub.
Trend-in məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransının ikinci günündə bildirib.
Onun sözlərinə görə, bu illər ərzində AÇG-dən 3,5 mlrd barel neft hasil edilib.
B. Aslanbəyli bildirib ki, 25 il ərzində 44 mlrd kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib.