Xalq Bankdan beynəlxalq ticarətin əlverişli maliyyələşdirilməsi

Xalq Bankdan beynəlxalq ticarətin əlverişli maliyyələşdirilməsi

Bakı. Trend:

Təkcə kökündə olan “kredit” hissəsindən anlamaq olar ki, “Akkreditiv” bank sahəsinə aid olan bir məhsuldur. Amma nəinki sıravi istehlakçılar, heç maliyyə sahəsində çalışan mütəxəssislər belə akkreditiv haqda hər kəs üçün anlaşılan tərzdə məlumat verə bilmirlər. Baxmayaraq ki, ölkədə fəaliyyət göstərən bütün bankların arsenalında bu məhsul var. Bank saytlarına nəzər yetirdikdə, akkreditiv bir-iki quru cümlə ilə ifadə olunur. Axı nədir bu akkreditiv? Kimə lazımdır? Ondan necə istifadə edirlər?

Akkreditiv əslində olduqca vacib və əlverişli məhsuldur. Təsadüfi deyil ki, akkreditiv haqqında ən “ədalətli bank məhsulu” reputasiyası formalaşıb. Məhz akkreditiv əməliyyatda iştirak edən bütün tərəflərin maraqlarını təmin edir. Alıcı satıcının öhdəliklərinin tam olaraq yerinə yetirməsi, satıcı hesablaşmaların təhlükəsizliyi və ödəniş zəmanətindən arxayındır, bank isə komissiya və faiz gəlirləri hesabına qazanır. Beləliklə, hamı məmnundur! Düzgün yanaşdıqda akkreditiv idxal və ixrac əməliyyatları zamanı ən rahat və əlverişli bank məhsuludur.

Akkreditiv haqda Wikipediyadan yox, necə deyərlər, birinci əldən daha ətraflı və dolğun məlumat almaq üçün ölkənin ən böyük özəl banklarından biri - Xalq Bankın İdarə Heyətinin üzvü, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimova müraciət etdik.

Qeyd edək ki, İbrahimov Nazim Aydın oğlu Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Bundan əlavə, o, Oksford Universitenin Said Biznes məktəbinin Strateji maliyyə üzrə EMBA kursunu keçmişdir.
Bank sahəsində 15 ildən artıq iş təcrübəsi var.

  • Nazim bəy, beynəlxalq ticarət və beynəlxalq ticarətin bankla təmas nöqtələri haqqında danışmaq istərdik.
  • Beynəlxalq ticarət xarici iqtisadi münasibətlərin ən oturuşmuş və inkişaf etmiş formalarından biridir. Hazırda dünya dövlətləri arasında bütün iqtisadi münasibətlərin 85%-i beynəlxalq ticarətin üzərinə düşür və hər bir iş adamı bu nəhəng sistemdən öz payını götürmək istəyir. Təbii ki, bankların iştirakı olmadan bu proseslərin həyata keçməsi müşkül olar. Növündən asılı olmayaraq bütün ticari əməliyyatlar banklar vasitəsilə xidmət olunur.
  • Əsasən hansı ödəniş növündən istifadə olunur?
  • Beynəlxalq ticarətdə ən geniş istifadə olunan hesablaşma növləri avans ödənişi və açıq hesab üzrə ödənişdir. Avans ödənişi malın dəyərini onun çatdırılmasından əvvəl satıcıya ödənilməsini nəzərdə tutur. Bu ödəniş növü satıcı üçün son dərəcə əlverişli olduğu qədər, alıcı üçün risklidir. Bu halda alıcı artıq dəyərini ödədiyi malı almamaq təhlükəsi ilə qarşılaşır. Yaxud malın keyfiyyət və kəmiyyətinin uyğun gəlməmə riskləri var.

Digər üsul isə açıq hesabla ödənişdir, onu fakt üzrə ödəniş də adlandırırlar -bu, malın alıcıya çatdırılmasından sonra ödənişin yerinə yetirilməsini nəzərdə tutur. Bu cür əməliyyat zamanı alıcı üstün vəziyyətdədir – o, öncədən vəsait ödəmir və mal çatdırıldıqdan sonra, fakt üzrə, ödənişi həyata keçirir. Açıq hesab satıcı üçün müəyyən risklər yaradır. Sadaladığım bu ödəniş formaları üstünlüyü və riskləri tərəflər arasında qeyri-bərabər bölür.Burada faktiki olaraq bir tərəf digər tərəfi kreditləşdirir. Avans ödəniş zamanı alıcı satıcını, açıq hesab üzrə ödəniş zamanı satıcı alıcını kreditləşdirir. Belə şərtlər tərəflər arasında möhkəm etimad və böyük maliyyə resursları nəzərdə tutur.

  • Bəs iş adamının elə əlaqələri və maliyyəsi yoxdursa, tərəflərin maraqlarını bərabər şəkildə təmin edən maliyyə aləti varmı?
  • Qloballaşan dünyada biznes prosesləri sürətlənir, hər gün minlərlə yeni şirkətlər və məhsullar yaranır. Belə şəraitdə tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi kimi amillər son dərəcə vacibdir. Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün banklar iş adamlarına müxtəlif müasir, çevik və təhlükəsiz sənədli əməliyyatlar təklif edir. Bu məhsullar arasında ən geniş istifadə olunan məhsul akkreditivdir.
  • Nazim bəy, akkreditivi bir cümlə ilə ifadə edin.
  • Akkreditiv – beynəlxalq ticarətdə alıcı və satıcının risklərini minimallaşdıran ən təhlükəsiz, rahat və əlverişli hesablaşma formasıdır.
  • Bəs mexanizm olaraq real həyatda akkreditiv necə işləyir?
  • Fərz edək ki, bir Azərbaycandan olan iş adamı Çindən, Türkiyədən, Rusiyadan və yaxud istənilən digər ölkədən xammal, avadanlıq, tikinti materialı – fərq etməz – hər hansı məhsulu alıb Azərbaycana gətirmək istəyir.

O, gərək alacağı malın tam dəyərini, ən yaxşı halda isə məbləğin 50-70%-ni avans şəklində ödəsin ki, xaricdəki fabrika sifarişi yerinə yetirməyə başlasın. Bu halda sahibkar ona hər an lazım ola bilən, qızıldan da qiymətli vəsaiti dövriyyəsindən çıxarıb, deyək ki, Çinə göndərməlidir. Ona kim zəmanət verir ki, bu bir-neçə ay ərzində hər hansı problem yaranmayacaq: zavod bağlanmayacaq, sifariş gəlib Bakıya çatacaq, məhsulun sayı, keyfiyyəti yerində olacaq? Təbii ki, bu problemlərin çözümü var, amma məhkəmə çəkişmələri aylarla, illərlə davam edir - vaxt itkisi isə pul itkisidir. Eyni problemlə də satıcı qarşılaşa bilər, deyək ki, sifarişin dəyərinin müəyyən hissəsini aldı, malı göndərdi – ödəmə baş tutmadı, yəni ticarətdə bu cür risklər həmişə var. Akkreditivin unikallığı ondadır ki, bütün bu və digər riskləri sıfıra endirir.

  • Bu nəyin hesabına baş verir?
  • Sahibkar banka müraciət edib akkreditiv açır. Lazım olan vəsaiti banka yerləşdirir, bank ödənişə zəmanət verir və bu haqda icraçının bankını məlumatlandırır. Bu zaman satıcı tam rahat sifariş üzrə işə başlayır. Malı təyinat ünvanına göndərir. Alıcı sifariş etdiyi malı aldıqdan sonra akkreditiv üzrə bütün öhdəliklərin tam olaraq yerinə yetirildiyini təsdiq edən sənədləri öz bankına təqdim edir və yalnız bundan sonra bank vəsaiti satıcının bankına köçürür. Akkreditivin bir çox üstünlükləri var: 1) ilk növbədə akkreditiv digər kredit məhsulları ilə müqayisədə ucuz maliyyə resursudur; 2) tərəflərin riskləri minimallaşır - malın çatdırılmaması, ödənişin həyata keçirilməməsi təhlükəsi sıfra endirilir; 3) banklar akkreditivin ödəmə şərtlərinin yerinə yetirilməsinə ciddi nəzarət edir və akkreditivin şərtlərinin pozulduğu halda bank ödənişi həyata keçirmir; 4) banklar hesablaşma növü akkreditiv olan əqdlərin qanuniliyinə zəmanət verirlər, çünki bankın peşəkar mütəxəssisləri müqavilənin tərtib edilməsi zamanı müştəriyə konsaltinq xidməti göstərirlər; 5) Akkreditiv beynəlxalq qaydalarla tənzimlənir və sahibkarın müxtəlif ölkələrin qanunvericiliyinə baş vurması, məcəllələrlə tanış olması və beynəlxalq standartları mənimsəməsinə lüzum qalmır. Bütün sadalananlar akkreditivi təhlükəsiz, rahat və əlverişli alət edir – nəticədə həm alıcı razı qalır, həm də satıcı.
  • Belə təhlükəsiz, rahat və əlverişli məhsulun qiyməti yəqin ucuz olmaz.
  • Əksinə, akkreditiv digər bank məhsulları ilə müqayisədə ucuzdur. Adətən orta akkreditivin xidmət xərcləri komissiyalar daxil ümumi məbləğin 1-1,5%-i aşmır. Gəlin fərz edək ki, akkreditiv yoxdur, haqqında danışdığımız sahibkar nə edəcəkdi? O, məcburdu avans ödəsin, bunun üçün dövriyyədən vəsait çıxarsın. Əgər vəsait çatmırsa, kredit üçün banka müraciət etməyə məcburdur. Sizcə, bu kredit sahibkara neçəyə başa gələcək?
  • Hər halda illik 15-17%-dən aşağı olmaz...
  • Əgər o, orta hesabla illik 12-15%-lə biznes krediti alsa belə, o sifarişinin yerinə yetirildiyi müddət boyunca kredit üzrə ödəniş aparmalıdır. Sifarişin yerinə yetirilməsi aylar çəkir. Sahibkar isə aldığı krediti qaytarmalıdır. Deməli kredit akkreditivə heç cür alternativ ola bilməz, çünki xərclər heç müqayisəyə gəlmir.
  • Belə çıxır ki, akkreditivin heç bir mənfi cəhəti yoxdur?

Var. Sifarişin yerinə yetirilməsi bir-neçə ay, bəzən yarım il, hətta bir il çəkə bilər. Amma idxalçı müqavilənin dəyərini təşkil edən vəsaiti dövriyyədən çıxarıb, akkreditiv açmalıdır. Akkreditivin müddəti ərzində bu vəsait hesabda qalır və sahibkar ondan öz biznesi üçün istifadə edə bilmir. Lakin Xalq Bank bu problemin də rahat həllini təklif edir...

  • Maraqlıdır.
  • Maraqlıdır, həm də əlverişlidir. Xalq Bank sahibkara akkreditiv üzrə ödənişi həyata keçirmək üçün sərfəli şərtlərlə kredit təklif edir. Müştəri akkreditiv və akkreditiv təyinatlı kredit xətti üçün müraciət edir, Xalq Bank Satıcının xeyrinə akkreditiv açır. Mallar göndərilir və Xalq Bank Satıcıya ödəniş aparır və yalnız bu vaxt kredit xətti işə düşür. Bərpa olunan kredit xətti maksimum əlverişli şərtlərlə - manatla illik 8%, ABŞ dolları ilə 4%-lə təqdim edilir.
  • Yəni sahibkar akkreditiv üzrə hesablaşmanı kreditlə bağlayır?
  • Bəli, o, aldığı kredit hesabına akkreditivi bağlayır və hesablaşmadan sonrakı aylar ərzində krediti ödəyir. Nəticədə sahibkar eyni zamanda həm ucuz maliyyə resursları əldə edir, həm dəakkreditivin yaratdığı digər üstünlüklərdən faydalanır.
  • Bu məhsul həqiqətənmi sahibkar üçün danışdığınız qədər əlverişlidir?
  • Baxın, bizim kreditimiz məhz akkreditivin ödənilməsinə yönəlik məhsuldur. Kredit üzrə ödənişlər nə zaman başlayır? Akkreditiv üzrə ödəniş zamanı. Akkreditiv üzrə ödəniş nə zaman həyata keçirilir? Alınan mal alıcıya göndərildikdən sonra. Beləliklə, alıcı malı alır - malın keyfiyyəti, sayı, vəziyyəti müqavilənin şərtlərinə uyğundursa, satıcının pulu ödənilir. Və bu ödəniş alıcının dövriyyədən çıxardığı vəsait hesabına deyil, bankın təqdim etdiyi kredit xətti hesabına baş verir. Bu andan kredit mexanizmi işə düşür. Artıq malı öz ixtiyarında olan sahibkar qısa vaxt ərzində malını satıb krediti rahat bağlayır. Sonda kredit üzrə faiz ödəmələri alınan kreditin valyutasından asılı olaraq 1,5-3%-i ötmür.

Xalq Bankın akkreditiv təyinatlı kredit məhsulu həqiqətən də olduqca cazibədar görsənir, doğrusu bu şərtlər bizim üçün gözlənilməz oldu. Nəhayət ki, dövlətimizin son zamanlar həyata keçirdiyi qətiyyətli islahatlara kommersiya bankları tərəfindən dəstək gəldi və ölkəmizdə ilk növbədə sahibkarın maraqlarına xidmət edən, həqiqi mənada ticarətin maliyyələşdirilməsinə yönəlik bank məhsulları meydana gəlir. Əminik ki, bu cür məhsullar ölkə iqtisadiyyatına təkan verəcək və vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək. Sahibkarların bu məhsulu təcrübədə sınayacağına və təəssüratları ilə oxucularımızla bölüşəcəyinə ümid edirik.

Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
Loading Bars
Xəbər lenti
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
Bütün xəbərlər