...

Azərbaycana idxal edilən 92 və 95-dən az oktanlı avtomobil benzini gömrük rüsumundan azad edilib

İqtisadiyyat Materials 28 Avqust 2019 01:48 (UTC +04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib
Azərbaycana idxal edilən 92 və 95-dən az oktanlı avtomobil benzini gömrük rüsumundan azad edilib

Bakı. Trend:

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Nazirlər Kabinetinin digər qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edilib.

Qərara əsasən, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti