...

Bakının 4 qəsəbəsində qaz olmayacaq

İqtisadiyyat Materials 5 Sentyabr 2019 09:29 (UTC +04:00)
Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.
Bakının 4 qəsəbəsində qaz olmayacaq

Bakı. Samir Əli - Trend:

Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti