Bakı. Samir Əli - Trend:
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, HUB-a daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcəklər:
"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə qədər yol uzun olduğu üçün günün isti və ya soyuq vaxtlarında sərnişinlərə gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün taktil piltələrin düzəlməsi planlaşdırılıb".