...

3 rayonda qaz olmayacaq

İqtisadiyyat Materials 2 Oktyabr 2019 09:53 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.

Bu barədə Trend Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa adı çəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti