...

2 rayonda 419 evə qaz verilib (FOTO)

İqtisadiyyat Materials 30 Oktyabr 2019 16:56 (UTC +04:00)
Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.
2 rayonda 419 evə qaz verilib (FOTO)

Bakı. Trend:

Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib.

Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub. Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti