Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı haqqında saziş imzalanıb

Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı haqqında saziş imzalanıb

Bakı. Trend:

Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Trend-in məlumatına görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunaraq, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Görüşdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Yankov da iştirak edib.

Görüşdən əvvəl Bolqarıstan nümayəndə heyəti DOST Agentliyinin və onun 1 saylı DOST Mərkəzinin fəaliyyəti, Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Nümayəndə heyəti ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişaf etdirilməsində mühüm rolunu qeyd edib. İki ölkə arasında həm siyasi, həm iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən S.Babayev ölkəmizin dinamik inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurları qeyd edib. O, ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu, iqtisadi artımın ilk növbədə sosial məqsədlərə, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldildiyini vurğulayıb. Cari ildə də reallaşdırılan iki sosial paketin ümumən 4,2 milyon vətəndaşı əhatə etməklə, ümumən əhalinin rifahına ciddi dəstək olduğunu deyib, sosial ödənişlərin artırılması istiqamətində atılan inqilabi addımları diqqətə çatdırıb.

S.Babayev ölkəmizdə aparılan sosial islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi kimi dövlət sosial xidmətlərində innovativ yeniliklərin tətbiqinə, sosial sahə üzrə xidmətlərin bir pəncərədən təqdim edilməsinə imkan yaradan DOST layihəsi, layihənin mühüm üstünlükləri barədə məlumat verib. Ölkəmizdə ildən-ilə geniş miqyas alan sosial müdafiə və aktiv əmək bazarı proqramlarını, inklüziv əmək bazarının inkişafı tədbirlərini diqqətə çatdırıb.

Bolqarıstanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıqdan bəhs edən nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Hazırkı görüşdə imzalanması nəzərdə tutulan Sazişin bu istiqamətdə önəmli addım olduğunu və iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

B.Petkov Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, əmək, məşğulluq, əmək miqrasiyası, demoqrafiya, pensiya, əlilliyi olan şəxslər, uşaq və ailə, bərabər imkanlar, sosial inteqrasiya, sosial yardım və sosial xidmət sahələrində ölkəsində aparılan islahatlar barədə məlumat verib. B.Petkov qarşılıqlı maraq doğruan sahələrdə əməkdaşlıq müstəvisinin genişləndirilməsinə, həmçinin fəal təcrübə mübadilələrinə hazır olduqlarını qeyd edib.

Görüşdə əmək miqrasiyasının tənzimlənməsi sahəsində Saziş layihəsinin hazırlanması prosesindən də bəhs olunub, əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.

Daha sonra S.Babayev və B.Petkov “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında Saziş”i imzalayıblar.

Saziş Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı sahəsində əlaqələrin tənzimlənməsi, iki ölkə vətəndaşlarının pensiya və sosial sığorta hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılması məqsədinə xidmət edir. Sənəd Azərbaycan və Bolqarıstan vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir. Saziş qeyd olunan istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır.

Nümayəndə heyəti üçün DOST layihəsinə, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar da edilib.

"ADY Container"  yük daşımalarının həcmini artırıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Loading Bars
Xəbər lenti
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Sosioloq: Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb
Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMCMİ-də monitorinq keçirib
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO)
PAŞA Bank ailəsinə qoşulun!
Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir (FOTO)
Hazırda Bakının “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb - SƏBƏB (FOTO)
Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)
Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib (FOTO/VİDEO)
Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb
Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələnib (FOTO)
Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq
İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib
AQTA maarifləndirir: Dadlı və faydalı quru meyvələri necə seçək?
Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 128 milyon avro ayıracaq
AQTA daha 187 müəssisədə reyd keçirib
Vyana Texnologiyalar Universiteti Bakıda ilk Magistr proqramına müsabiqə elan edib
Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar
Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb
Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü (FOTO)
Neftçalada reyd: 3 nəfər cərimələnib (FOTO)
PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!
“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib (FOTO)
Avqustun 12-də dolların manata qarşı məzənnəsi
Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib
“Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edildi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib (FOTO)
Türkiyənin "Anadolu" agentliyi deputat Sevil Mikayılovanın Azərbaycan-Türkiyə münasibətləri barədə müsahibəsini dərc edib
Nəsimidə 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb (FOTO)
Azərbaycanda 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı
PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu
FHN Tovuzda düşmən təxribatları nəticəsində dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb (FOTO)
Pandemiya zamanı biznesinizi xilas edin!
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Nigeriyada qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub
Deputat: Yoluxma sayındakı müsbət dinamikanın davam etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Vüqar Rəhimzadə: Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
BBAK: Bu il yarım milyondan çox sərnişin daşınıb
Quba və Neftçalada fərdi ev yanıb
Bakı Dövlət Peşə Mərkəzi “KKM Group” ilə əməkdaşlıq edəcək
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
Lənkəranda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi (FOTO)
Avqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq
Bakıda çimərliyi çirkləndirənlər cərimələndi (FOTO)
Bakıda azyaşlı oğlunun bıçaqla boğazını kəsən şəxs barəsində cinayət işi açılıb
Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
Gürcüstanda koronavirusa yoluxma halları artır
Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
Qubada toy yarımçıq dayandırıldı, bəy və restoran sahibi saxlanıldı (FOTO)
Bütün xəbərlər