“Azərbaycan Sənaye Korporasiyası”nın fəaliyyətinin iki ili tamam oldu

“Azərbaycan Sənaye Korporasiyası”nın fəaliyyətinin iki ili tamam oldu

Bakı. Trend:

Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır.

Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Hazırda, “ASK” ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və digərlərini göstərmək olar.

Korporasiyanın fəaliyyət müddəti ərzində həllini tapmış məsələlərdən biri biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün “1C-ERP” sisteminin tətbiqinə başlanılmasıdır. Sistem üzərindən maliyyə idarəetməsi, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir.

Eyni zamanda müasir menecmentin əsas tələblərindən biri pul axınları üzərində adekvat nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaq, satınalma prosesinin şəffaflığını təmin etməkdir. Bu məqsədlə törəmə müəssisələrdə “1C ERP” sistemi ilə yanaşı Holdinq platformasının tətbiqinə başlanılıb. Qeyd edilən platforma üzərindən mərkəzləşdirilmiş büdcə sistemi, satınalma, maliyyə nəzarəti və satış proseslərinin aparılması hədəflənir.

Korporasiyanın fəaliyyəti ərzində həllini tapmış məsələlərdən biri də rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin “Azərbaycan Sənaye Korporasiyası” ASC-də tətbiq olunmasıdır. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 oktyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılan “Elektron sənəd dövriyyəsi sistemi” qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Mövcud sistem kargüzarlıq və sənəd dövriyyəsinin idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına xidmət edir.

Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. Yerli və xarici bazaraların yüksək keyfiyyətli, eləcə də beynəlxalq standartlara cavab verən məhsullarla təmin olunması, ölkəmizdə metallurgiya sahəsinin strateji inkişafı baxımından əhəmiyyətli olan layihələrin işlənməsi və aparıcı beynəlxalaq şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Bundan əlavə Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb. Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi və alunit yataqlarının işlənməsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC bu yaxınlarda beynəlxalq tender elan edib. Hədəf Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılmasıdır. Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də artıq Ekspertlər Şurası da yaradılıb.

Korporasiyanın fəaliyyət müddəti ərzində pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və 56,6 min ton xam pambıq tədarük edilib.

2019-cu il üçün 29 min ha sahədə pambıq əkini aparılıb. Tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton, məhsuldarlığın isə hər hektardan 25 sentner olacağı hədəf seçilib. Bundan da emala 72 min 500 ton xam pambıq veriləcəkdir ki, ondan 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaq.

Xam pambıq istehsalının ilbəil artdığını nəzərə alaraq 2019-cu il mövsümündə “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı və emalı zavodunda yenidənqurma işləri aparılaraq aylıq emal gücünün 5 min ton xam pambığa çatdırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində tütünçülük sahəsində də fermerlərin əkin prosesi üzrə maarifləndirilmə işləri aparılıb, tütün əkilən sahələr artırılıb. Eyni zamanda tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı proseslərində dəstək göstərilməsi, onların ehtiyaclarının təmin edilməsi, həmçinin emal edilən tütünün keyfiyyətinin artırılması məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Balakən rayonunda müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində istifadəyə verilib. Bundan əlavə “Azərtütün ASK” MMC-nin Şəki rayon Çələbixan qəsəbəsində yerləşən Şəki Tütün İstehsalı və Emalı Məntəqəsinin ərazisində qısa müddət ərzində müasir tələblərə cavab verən 30 ədəd odlaqurutma kamerası quraşdırılıb, habelə məntəqə digər zəruri infrastruktur və texnoloji vasitələrlə təmin edilib.

Korporasiyanın digər mühüm istehsal sahələrinin moderinizasiya işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır. Bu qəbildən görülən işlərin nəticəsi olaraq, cari ildə “ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu günlərdə müəssisə ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb. Belə ki, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb.

Ümumilikdə müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi əsasən, yüksək ixtisaslı cavan kadrlardan ibarətdir. Fəaliyyətini müasir dövrün tələblərinə cavab verən və informasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuş yeni şəraitdə davam etdirən kollektiv malik olduğu zəngin bilik və yüksək səviyyəli ixtisas sayəsində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələrək, Vətənə, xalqa var qüvvəsi ilə xidmət edəcəkdir.

Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
Turizm şirkətlərinin pandemiya dövründə fəaliyyətini tənzimləyəcək xidmət proseduru hazırlanıb
Turizm şirkətlərinin pandemiya dövründə fəaliyyətini tənzimləyəcək xidmət proseduru hazırlanıb
İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi
İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi
Loading Bars
Xəbər lenti
"Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov oldu
İraqın Baş Naziri Azərbaycan Prezidentini təbrik edib
AQTA daha 217 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib (FOTO)
Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb, ona etiraz bildirilib
Deputat: İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (FOTO)
SHXÇDX: Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər
Azərbaycan Ordusunun həmlələri düşmən ordusunda çaxnaşma yaradıb (VİDEOFAKT)
İyulun 16-da dolların manata qarşı məzənnəsi
Yaralı əsgərlər ön cəbhəyə qayıtmaq istəyir (VİDEO)
Hikmət Hacıyev: Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlayıb
Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib
Əli Əhmədov: İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, xalqın birliyini pozmaq istəyənlərə ar olsun
Bu günlər onlara edilən hər telefon zənginin, hər müraciətin arxasında bir nigarançılıq, bir təlaş var...
Deputat: Bəzi qruplar xalqın orduya dəstəyindən sui-istifadə edib qarışıqlıq yaratmağa cəhd edir
İranda daha 199 nəfər koronavirusdan ölüb
Hüseyn Altınalan: FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır
YAP orduya dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb
“Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib
Naqif Həmzəyev: Düşmən müharibəni yalnız cəbhədə aparmır...
Karantin qaydalarını pozan daha 1043 nəfər məsuliyyətə cəlb edilib
Ermənilərin hərbi maşını məhv edildi (VİDEO)
Bakıda ictimai asayişi pozmağa cəhd edənlərlə bağlı cinayət işi başlandı
Nazirlik kiberhücumlarla bağlı xəbərdarlıq etdi
Bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ilə bağlı rəsmi açıqlama
Ermənilərin Tovuzun Dondar Quşçu kəndinə atdıqları mərmi partlamayıb (VİDEO)
Zakir Həsənov şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev general-mayor Polad Həşimovun anası və polkovnik İlqar Mirzəyevin oğlu ilə telefonla danışıb
Təxribatçı səs yazısını yayan tapıldı - erməni imiş (VİDEO)
Norveçdə bıçaqlı hücumda 3 nəfər yaralanıb
Ukraynalı deputatlar Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qaldıqlarını bəyan ediblər
Düşmənin növbəti hərbi obyekti darmadağın edilib (VİDEO)
Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib (FOTO)
Füzulidə tank əleyhinə raket tapılıb (FOTO)
Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb
Ağsuda yanğn qeydə alınıb
Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib"
Müdafiə Nazirliyi Tovuzdakı hazırkı vəziyyətlə bağlı məlumat yaydı
Türk Şurasının Baş katibi Ermənistanın təxribatını kəskin şəkildə pisləyib
Azərbaycan diasporu Ermənistanın məkrli niyyətini pisləyir (FOTO)
ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib
Düşmənin döyüş texnikası məhv edilib (VİDEO)
DİN vətəndaşlara müraciət etdi
Düşmənin daha bir hərbi obyekti darmadağın edildi (VİDEO)
İranlı deputat: Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır
Azərbaycan ilə İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb
Azərbaycanla İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb
Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub
Azərbaycanda 1 yaşadək uşaqlar BU SƏBƏBDƏN ölürlər
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq
Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib (VİDEO)
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu, 510 nəfər sağaldı, 6 nəfər öldü
Bakıda torpağın qiyməti bahalaşdı
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu
DTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi
Erməni hakerlər Day.az, Milli.az, Trend BİA və Azernews-a hücum ediblər
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib (VİDEO)
Könül Nurullayeva: Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır
Ağstafadan olan şəhid dəfn edildi (FOTO)
Elmar Məmmədyarovun iranlı həmkarı ilə telefon danışığı olub
Azərbaycan qazının Bolqarıstana tranziti üçün boru kəmərinin tikintisi sürətləndirilir
Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq
Hikmət Babaoğlu: Ermənistan tərəfi çoxsaylı itkilərini gizlətməyə çalışsa da artıq bu, mümkün deyil
Qəbələdə şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb (FOTO)
Ukraynalı deputat: Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir
Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq
Azərbaycan dili imtahanlarının nəticələri elan edildi
SHXÇDX: Vətəndaşlara mobil telefonla səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS məlumatlar həqiqətə uyğun deyil
Azərbaycanın 2019-cu il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi
İyulun 15-də dolların manata qarşı məzənnəsi
Tovuzda son vəziyyət - AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi
Xarici KİV-lər Ermənistanın hərbi təxribatını geniş işıqlandırır (FOTO)
BQXK mülki şəxslərin təhlükəsizliyinə görə narahatdır və neytral vasitəçi qismində çıxış etməyə hazırdır
Ermənilər Qazax istiqamətində artilleriyadan atəş açıblar
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edildi
Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib
Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
Bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişin daşıyan sürücülər həbs edildi (FOTO)
"FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib
Pakistan mətbuatı: Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Ermənilər yaşayış evlərini atəşə tutmaqda davam edir (FOTO)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı - RƏSMİ
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı (FOTO/VİDEO)
Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb
Xalq Bankdan VİSA kartları 50% endirimlə!
Ölkəmizdə qida təhlükəsizliyi sahəsində infrastruktur əsaslı şəkildə inkişaf etdirilib (FOTO)
Deputat: Ağılsız Ermənistan hakimiyyəti anlamadı ki, güclü Azərbaycan Ordusuna qarşı təxribat onu daha da çətin duruma salacaq
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələndi (FOTO)
İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb (FOTO/VİDEO)
Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq!
Bakıda ilin 6 ayı ərzində 584 kilometrlik yeni qaz kəmərləri çəkilib
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
Azərbaycan aviatorları yenidən donor qanvermə aksiyasında iştirak edirlər (FOTO)
Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
Bütün xəbərlər