...

BƏT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir

İqtisadiyyat Materials 27 Noyabr 2019 11:35
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir.
BƏT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir.

Trend-in məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyin Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldi Xulud deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin dəstəyi olmasaydı, Beynəlxalq Əmək Təşkilatı burada uğurlu layihələr həyata keçirə bilməzdi.

BƏT rəsmisinin qənaətincə, bu layihənin nəticələri Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak etməsini deməyə əsas verir.

Onun sözlərinə görə, BƏT-ə üzv ölkələrdə DİM-ə nail olmaq üçün əmək fəaliyyəti ilə bağlı tədqiqatların aparılması, layiqli əməklə bağlı maneələrin aradan qaldırılması, institusional tərəfdaşlığın qurulması çox vacibdir.

Al Xaldi Xulud hesab edir ki, əməkdaşlıq təcrübəsi, bilik və təcrübə mübadiləsinin aparılması DİM-lərin icrasında çox mühüm rol oynayır.

O qeyd edib ki, BƏT-in üzvləri, başqa sözlə "ailə icması" gələcəkdə də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə qədər olan hədəflərini dəstəkləmək üçün öz səylərini əsirgəməyəcəklər: "Azərbaycan məhz DİM-in qəbul olunduğu ilk ölkələrdəndir. Azərbaycanda tərəqqi və nailiyyətlərin əldə olunmasına, eləcə də 2030-cu ilə qədər layiqli işin qurulmasına öz dəstəyimizi davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti