...

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

İqtisadiyyat Materials 3 Dekabr 2019 11:02 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Beynəlxalq Universiteti (TAMİU) arasında müştərək proqramların həyata keçirilməsi məqsədli ilə Razılaşdırma Memorandumu imzalanıb.
Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Beynəlxalq Universiteti (TAMİU) arasında müştərək proqramların həyata keçirilməsi məqsədli ilə Razılaşdırma Memorandumu imzalanıb.

Memoranduma əsasən, professor-müəllim heyətinin, tələbələrin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, təhsil materiallarının və məlumat bazalarının mübadiləsi, müştərək konfrans və simpoziumların təşkili nəzərdə tutulub.

Razılaşma 5 illik müddəti əhatə edir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbində Ali Məktəbin rektoru Elmar Qasımovla Texas A&M Beynəlxalq Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn arasında keçirilən görüşdə akademik materialların sistematik və davamlı olaraq mübadiləsi, professor-müəllim heyəti və əməkdaşların təlim, eləcə də, elmi tədqiqatlara cəlb edilməsi, eyni zamanda, tələbələrin təhsil alması məqsədi ilə hər iki təhsil müəssisəsi arasında araşdırma və tədris fəaliyyətinin inkişaf etdirilməsi üçün mübadilənin genişləndirilməsi müzakirə olunmuşdu.

Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə elm, biznes administrasiyası, tibb, incəsənət kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti