...

"Unibank" rəhbərliyində yeni təyinat olub

İqtisadiyyat Materials 29 Dekabr 2019 10:30 (UTC +04:00)
İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.
"Unibank" rəhbərliyində yeni təyinat olub

Bakı. Trend:

"Unibank" rəhbərliyində yeni təyinat olub.

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.

Bankdan Trend-ə verilən məlumata görə, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti