...

Kirayə mənzillər mexanizmi üzrə saytda yaranmış problemin səbəbi açıqlanıb

İqtisadiyyat Materials 22 Yanvar 2020 13:20 (UTC +04:00)
Hazırda fond aidiyyətı təşkilatlarla birlikdə elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası, sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Kirayə mənzillər mexanizmi üzrə saytda yaranmış problemin səbəbi açıqlanıb

Bakı. Trend:

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyəvermə mexanizmi üzrə yanvarın 22-də başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması, digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Hazırda fond aidiyyətı təşkilatlarla birlikdə elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası, sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti