...

Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

İqtisadiyyat Materials 12 Mart 2020 16:26 (UTC +04:00)
Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildirilib ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti